Yaponiyada 6,9 bal gücündə zəlzələ baş verdi

Dünya

08.08.2024 12:50

Yaponiyanın cənub-qərbində Kyuşu adası yaxınlığında 6,9 bal gücündə zəlzələ qeydə alınıb və sunami təhlükəsi elan edilib.

TodayPress xəbər verir ki, bu barədə Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Zəlzələnin episentri Miyazaki prefekturasının yaxınlığında olub. Təbii fəlakət okeanın 30 km dərinliyində yerləşib.

Seysmoloqların fikrincə, Miyazaki və Koçi prefekturaları ərazisində dalğanın hündürlüyü 1 m-ə qədər ola bilər.

Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.

Töhfə Səməd

tag: Yaponiya, Zəlzələ, Miyazaki, Fəlakət, Koçi, todaypress.az,