Yaponiyada 30 min insan təxliyə edildi

Dünya

21.09.2024 09:44

Yaponiyada Honsyu adasının qərbində leysan yağışlar səbəbindən 30 min insan təxliyə edilib.

TodayPress xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb.

Vətəndaşlar sunaminin adaya gəlməsi ehtimalı səbəbindən daşqınların çatmadığı ərazilərdə belə ayıq-sayıq olmağa çağırılıb.

Adada son onilliklərin ən güclü yağışı qeydə alınıb.   

12 çayda daşqın olduğu təsdiqlənib.

Sinoptiklər qeyd edir ki, daşqının səviyyəsi yüksək olduğundan, çaylarda suyun səviyyəsini proqnozlaşdırmaq çətindir.

Günəş Mərd

tag: Yaponiya ,Ada ,Daşqın ,Suyun Səviyyəsi,Leysan ,todaypress.az,