Yaponiya yüklərin Orta Asiya və Xəzər dənizi ilə Avropaya çatdırılmasını maliyyələşdirəcək
Dünya
01.08.2024 19:40
Yaponiya hökuməti ölkədən yüklərin Mərkəzi Asiya və Xəzər dənizi
vasitəsilə Avropaya daşınması üçün yeni marşrutun yaradılmasına vəsait ayırmağı
planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə
"The Japan Times" məlumat yayıb.
“Yaponiyanın baş naziri Fumio Kişida Özbəkistan,
Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderləri ilə görüşdə Orta
Asiyaya iqtisadi yardım paketi elan etməyi planlaşdırır. Yardım paketi Avropaya
yeni ticarət marşrutunun yaradılmasını nəzərdə tutur” deyə nəşr qeyd edib.
Yeni marşrutun Rusiya marşrutuna alternativ olacağı gözlənilir.
Həmçinin qeyd edilib ki, Orta Asiya liderləri ilə görüş
F.Kişidanın avqustun 9-12-də Qazaxıstana işgüzar səfəri zamanı keçirilməlidir.
tag: Yaponiya, Mərkəzi Asiya, Xəzər dənizi, Fumio Kişida, todaypress.az,