Yaponiya və Monqolustan müdafiə sahəsində saziş imzaladı

Dünya

12.12.2024 11:09

Yaponiya və Monqolustan müdafiə avadanlığı və texnologiyasının ötürülməsinə dair saziş imzalayıb. 

TodayPress xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, sənəd iki ölkənin hökumətləri arasında zəruri prosedurlar başa çatdıqdan sonra qüvvəyə minəcək. 

Qeyd olunub ki, bu saziş birgə müəyyən edilmiş layihələrin həyata keçirilməsi üçün Yaponiya və Monqolustan hakimiyyət orqanları arasında ötürüləcək müdafiə texnikası və texnologiyalarının idarə edilməsi ilə bağlı hüquqi baza yaradır. 

Məlumat üçün əlavə edək ki, Tokio 16 ölkə ilə oxşar müqavilələr bağlayıb. Onlar arasında ABŞ, Böyük Britaniya, Hindistan, Filippin və s. var. 

Günəş Mərd

tag: Yaponiya ,Monqolustan, Sülh ,Saziş ,todaypress.az,