Yaponiya və Filippin müdafiə paktı imzaladı

Dünya

08.07.2024 20:45

Yaponiya və Filippin, Çinin artan hərbi gücü ilə bağlı ortaq narahatlıqlar fonunda bir-birinin torpağında qoşun yerləşdirməyə icazə verən müdafiə paktı imzalayıb.

TodayPress xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Yoko Kamikava və Filippinin milli müdafiə naziri Gilberto Teodoro bazar ertəsi Manilada keçirilən mərasimdə Qarşılıqlı Giriş Sazişi imzalayıblar.

Müqaviləyə əsasən, Yaponiya qüvvələri birgə hərbi təlimlər üçün Filippində yerləşdirilə, Filippin qüvvələri isə Yaponiyada döyüş hazırlığı keçirə biləcək.

Paktın qüvvəyə minməsi üçün hər iki ölkənin qanunverici orqanı tərəfindən ratifikasiya edilməlidir.

Nəzrin Cavadzadə

tag: Yaponiya, Filippin, Pakt, Gilberto Teodoro, todaypress.az,