Yaponiya Ukraynaya peyk kəşfiyyat məlumatı ötürəcək

Dünya

22.04.2025 14:30

3

Tokio Ukraynaya peyk vasitəsilə əldə olunan kəşfiyyat görüntülərini təqdim etməyə razılıq verib.   

TodayPress xəbər verir ki, bu barədə "Intelligence Online" məlumat yayıb. 

Bildirilib ki, Ukrayna Yaponiyanın "iQPS" institutuna məxsus sintetik diafraqma radarları ilə təchiz olunan 5 peykdən görüntülər almağa başlayacaq.

Bu görüntülər döyüş əməliyyatları zamanı əhəmiyyətli kəşfiyyat rolunu oynayacaq. 

Hazırda Ukrayna ilə peyk şəkilləri paylaşan Avropa ölkələri Almaniya, Finlandiya və İtaliyadır. Lakin bu ölkələrdən gələn görüntülər ABŞ-dən gələn yüksək keyfiyyətli məlumatları tam əvəz edə bilmir.   

Türkan İsgəndərli

tag: Yaponiya,Ukrayna,Peyk,Məlumat,Todaypress.az,