Yaponiya Ukraynaya hərbi texnika təhvil verdi

Dünya

04.02.2025 09:36

Tokio Ukraynaya Yaponiya özünümüdafiə qüvvələri tərəfindən istifadə edilən bütün relyef maşınlarının və kiçik yük maşınlarının yeni partiyasını təhvil verib.

Todaypress xəbər verir ki, bu barədə “Kyodo Tsushin” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Ukrayna tərəfi ümumilikdə 30-a yaxın texnika alacaq. 

Fevralın 2-də artıq altı kiçik yük maşını Ukraynaya göndərilib.

Təhvil verilən texnikanın Kiyev üçün faydalı olacağı bildirilib.  

Qeyd edək ki, dekabrın 26-da Yaponiyanın Baş naziri Şiqeru İşiba ilə Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub. Danışıq zamanı Yaponiyanın Baş naziri Tokionun Ukraynanın yanında olduğunu deyib.  

Nicat Osman

tag: Yaponiya,Ukrayna,Texnika,Hərbi ,Yardım,Todaypress.az,