Yaponiya Ukraynaya əlavə hərbi yardım göndərəcək

Dünya

18.10.2024 11:38

1251

Yaponiya Ukraynaya əlavə hərbi yardım göstərəcək.  

TodayPress “NHK” telekanalına istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin rəhbəri Hen Nakatani Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rüstəm Umerov ilə görüşdə bildirib.   

Yaponiyalı nazir ölkəsinin Ukraynaya dəstəyini davam etdirməyə hazır olduğunu bildirib və Özünümüdafiə Qüvvələrinə əlavə texnikanın tədarükü planını açıqlayıb.  O, Ukraynaya göndəriləcək hərbi yardıma hansı silahların daxil olduğunu deməyib. 

Nakatani eyni zamanda digər ölkələri də münaqişədə Ukraynaya yardımı davam etdirməyə çağırıb.

Günəş Mərd

tag: Yaponiya, Ukrayna,Rüstəm Umerov, Hen Nakatani, Yardım, todaypress.az,