Yaponiya sanksiyalara görə Rusiyaya etiraz etdi

Dünya

24.07.2024 09:22

“Tokio Moskvanın Yaponiya vətəndaşlarına qarşı sanksiyalar tətbiq etmək qərarını tamamilə qəbuledilməz hesab edir və Rusiya tərəfinə bununla bağlı etiraz edilib”. 

TodayPress, “RİA”ya istinadən xəbər verir ki, bu sözləri Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi mətbuat konfransında deyib. 

"Bu cür tədbirlər Yaponiya şirkətlərinin qanuni fəaliyyətini məhdudlaşdırır və tamamilə qəbuledilməzdir" deyə o, əlavə edib.

Hayaşinin sözlərinə görə, Yaponiya iyulun 24-də tətbiq edilən məhdudlaşdırıcı tədbirlərlə əlaqədar, Rusiya tərəfinə etiraz məktubu göndərib.

Xatırladaq ki, Yaponiyanın Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyaya qarşı davam edən sanksiyalarına cavab olaraq, Moskva da Tokioya sanksiya tətbiq etməyə başlayıb. 13 Yaponiya vətəndaşının Rusiyaya girişinə qadağa qoyulub.

Töhfə Səməd

tag: Yaponiya, Ukrayna, Tokio, Moskva, Sanksiyalar, todaypress.az,