Yaponiya Rusiyaya qarşı sanksiya tətbiq etdi
Yaponiya Rusiyadan 11 fiziki şəxs, 51 şirkət və 3 banka, həmçinin 8 ölkədən onlarla şirkət və 1 fiziki şəxsə qarşı sanksiya tətbiq edib.
TodayPress xəbər verir ki, bu barədə Yaponiya hökuməti məlumat yayıb.
Bundan başqa, Yaponiya Nazirlər Kabineti Rusiyanın 22 təşkilatına və 335 adda malın ixracına məhdudiyyətlər tətbiq edib. Qərar yanvarın 23-dən qüvvəyə minəcək.
Günəş Mərd
tag: Yaponiya, Rusiya ,Nazirlət, Qərar ,todaypress.az,