Yaponiya Rusiyanın hərbi təlimlərindən narahatdır

Dünya

11.09.2024 10:02

“Yaponiya hökuməti Rusiyanın “Okean 2024” komanda-qərargah təlimlərini, eləcə də Rusiya və Çinin regionda birgə fəaliyyətini diqqətlə izləyir”. 

TodayPress “TASS” a istinadən xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi bildirib.  

Jurnalistlərin bu təlimlərin məqsədləri ilə bağlı sualını cavablandıran Hayaşi, Rusiyanın Yaponiya yaxınlığında hərbi fəaliyyətini intensivləşdirməyə davam etdiyini qeyd edib.   

 Baş katib vurğulayıb ki, Yaponiya hökuməti Rusiya və Çinin bölgədəki hərbi fəaliyyətini, o cümlədən onların qarşıdakı manevrlərini yaxından izləməyə və bu barədə məlumat toplamaqda davam edəcək.

Qeyd edək ki, “Okean-2024” hərbi dəniz təlimləri sentyabrın 10-dan 16-dək keçirilir. Təlimlərdə 400-dən çox döyüş gəmisi, sualtı qayıq və gəmi, həmçinin 90 mindən çox hərbi qulluqçu iştirak edir. 

Günəş Mərd

tag: Yaponiya, Rusiya, Hayaşi, Təlimlər, todaypress.az,