Yaponiya Rusiyanın 41 təşkilatını qara siyahıya əlavə etdi
Dünya
21.06.2024 11:33
Tokio Moskvaya qarşı növbəti sanksiyalar paketi çərçivəsində Rusiyadan olan 41 şirkət və təşkilata qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edir.
TodayPress xəbər verir ki, müvafiq qərarı Yaponiya Nazirlər Kabineti dərc edib.
Qeyd olunur ki, söhbət S.V.İlyuşin adına Aviasiya Kompleksi, “Tupolev”, “Alrosa”, “Almaz-Antey” konserni, Obuxov zavodu, Rusiya Federal Nüvə Mərkəzi, Çelyabinsk Traktor Zavodu və digər təşkilatlardan gedir.
tag: Yaponiya, Rusiya, Təşkilat, Nazirlər Kabineti, todaypress.az,