Yaponiya Rusiyanı anım mərasiminə dəvət etmədi
Dünya
06.08.2024 09:45
Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrev Yaponiyanın Rusiyanı 79 il əvvəl Amerikanın atom bombalarına məruz qaldığı Xirosima və Naqasaki hadisələrinə həsr olunmuş mərasimə dəvət etməkdən imtina etməsindən danışıb.
TodayPress “TASS”a istinadən bu barədə xəbər verib.
Nikolay Nozdrev Yaponiya şəhərlərinin hakimiyyət orqanlarının qərarını ikiüzlülük və riyakarlıq hesab edib.
Onun sözlərinə görə, bu yolla hakimiyyət orqanları Amerika barbarlığının günahsız qurbanlarının xatirəsini reklama çeviriblər.
Buna səbəb Yaponiyanın baş naziri Fumio Kişidanın çıxışı zamanı 1945-ci ildə Xirosimanın bombalanmasını həyata keçirən ölkə kimi ABŞ-nin adını çəkməməsi olub.
Töhfə Səməd
tag: ABŞ, Yaponiya, Fumio Kişidan, Amerika,Nikolay Nozdrev , todaypress.az,