Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir
Dünya
24.01.2025 16:10
Yaponiya ölkələr arasında münasibətlərin çətin dövrlərdən keçməsinə baxmayaraq, Rusiya ilə sülh müqaviləsi bağlamaq niyyətindədir.
TodayPress xəbər verir ki, bunu Yaponiyanın baş naziri Siqeru İsiba deyib.
“Rusiya-Yaponiya münasibətləri çətin dövrlərdən keçir. Lakin biz mövcud ərazi məsələsi həll olunandan sonra hələ də Moskva ilə sülh müqaviləsi bağlamaq niyyətindəyik” deyə siyasətçi qeyd edib.
Rusiya ilə Yaponiya arasında 70 ildən artıqdır ki, sülh müqaviləsi imzalanmayıb. Tokio onun bağlanması üçün İturup, Kunaşir, Şikotan və Habomai adalarının qaytarılmasını şərt adlandırır. Moskva hesab edir ki, Cənubi Kuril adaları İkinci Dünya Müharibəsindən sonra SSRİ-nin tərkibinə daxil olub və onların üzərində suverenlik şübhə doğurmur.
Töhfə Səməd
tag: Yaponiya ,Rusiya,Siqeru İsiba,Tokio ,todaypress.az,