Yaponiya: Rusiya-Çin hərbi əməkdaşlığı təhlükə yaradır
Yaponiya Müdafiə Nazirliyi 2025-ci il üçün hazırlanan Ağ Kitabda Rusiya ilə Çin arasında hərbi əməkdaşlığın ölkə üçün ciddi təhlükə yaratdığını yenidən vurğulayacaq.
TodayPress xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Məlumata görə, Rusiya və Çin silahlı qüvvələri səviyyəsində əməkdaşlığını genişləndirir və bu, Yaponiyanın milli təhlükəsizliyi üçün "ciddi narahatlıq doğurur".
Sənəddə əlavə olaraq Rusiya və Çinin "dövlət səviyyəsində kibernetik hücumlar" həyata keçirdiyinə dair iddiaların da yer alacağı gözlənilir.
Türkan İsgəndərli
tag: Yaponiya,Ağ kitab,Rusiya,Çin,todaypress.az,