Yaponiya “Patriot” raketlərini Ukraynaya verə bilər? - Səfirin cavabı
Dünya
29.09.2024 14:05
"Yaponiyadan ABŞ-yə “Patriot” raketlərinin verilməsinin Ukraynadakı vəziyyətlə heç bir əlaqəsi olmayacaq. Bu, Hind-Sakit okean regionunda təhlükəsizliklə bağlıdır".
TodayPress "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Yaponiyanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Matsuda Kuninori deyib.
"Düşünürəm ki, Yaponiyadan ABŞ-yə “Patriot” raketlərinin tədarükü ilə bağlı vəziyyəti izah etməliyəm. Açığı, bunun Ukraynadakı durumla heç bir əlaqəsi yoxdur. Bunun daha çox Hind-Sakit Okean regionunda milli təhlükəsizliklə əlaqəsi var. Söhbət Yaponiya və ABŞ-nin olduğu bölgədə təhlükəsizlik və sabitlikdən gedir" deyə o qeyd edib.
Günəş Mərd
tag: Yaponiya ,Patriot,Raket,Ukrayna,Todaypress.az,