Yaponiya nüvə silahı olmayan dünya yaratmaq istəyir

Dünya

12.10.2024 13:00

934

Yaponiyanın Baş naziri Şiqeru İşiba, siyasi partiya rəhbərləri arasında müzakirələr zamanı ABŞ-nin Xirosima və Naqasaki şəhərlərinə atom bombası atdığını xatırladıb. 

TodayPress xəbər verir ki, siyasətçinin çıxışı “NHK” tərəfindən yayımlanıb. 

Müzakirələr zamanı İşiba nüvə silahı olmayan dünya yaratmaq istədiyini vurğulayıb. 

“Mən ibtidai məktəbin altıncı sinfində oxuyanda ABŞ-nin Xirosimaya atdığı atom bombasının nəticələrini əks etdirən kadrları görəndə keçirdiyim sarsıntını heç vaxt unutmayacağam” deyə o, qeyd edib.   

Nüvə qarşısının alınması və nüvə silahlarının bölüşdürülməsi ideyası ilə bağlı suala cavab olaraq İşiba əlavə edib ki, bu mövzuda müzakirələr aparılmalıdır. 

Günəş Mərd

tag: Yaponiya,Nüvə,Silah,Baş nazir,Todaypress.az,