Yaponiya müdafiə sahəsinə rekord büdcə ayıracaq
Dünya
31.08.2024 10:42
Yaponiyanın Müdafiə Nazirliyi Çindən artan təhlükə fonunda cənub-qərb adalarında müdafiəni gücləndirmək üçün gələn ilin büdcəsindən rekord məbləğdə 8,5 trilyon yen (59 milyard dollar) ayrılmasını istəyib.
TodayPress xəbər verir ki, bu barədə “AP” məlumat yayıb.
Yaponiyanın Müdafiə Nazirliyi, həmçinin ölkənin əhalisinin azalması səbəbindən azalan hərbi qüvvəni kompensasiya etmək üçün pilotsuz silahlara və süni intellektə diqqət çəkib.
Qeyd olunub ki, Yaponiya 2027-ci ilə qədər illik hərbi xərclərini iki dəfə artıraraq təxminən 10 trilyon yenə çatdırmaq üçün 43 trilyon yen (297 milyard dollar) xərcləməyi planlaşdırır. Bu, onu ABŞ və Çindən sonra dünyada hərbi xərclərə görə 3-cü yerdə qərarlaşdıracaq.
Günəş Mərd
tag: Yaponiya, Nazirlik, Çin, Hərbi Qüvvə, Müdafiə Sahəsi, todaypress.az,