Yaponiya Livan və İsraili atəşkəsə əməl etməyə çağırdı
Dünya
03.12.2024 12:25
Yaponiya hakimiyyəti Livan və İsrail sərhədində gərginliyin artması ilə bağlı narahatlığını bildirir və bütün tərəfləri atəşkəs razılaşmasının şərtlərinə əməl etməyə çağırır.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Keyiçiro Taçibana mətbuat konfransında məlumat verib.
“Biz vəziyyəti diqqətlə izləyirik. Yaponiya bütün tərəflərdən atəşkəs razılaşmasına tam əməl etməyi, eləcə də regional sabitliyin təmin edilməsi üçün tədbirlər görməyi tələb etməyə davam edəcək” deyə o, vurğulayıb.
Qeyd edək ki, noyabrın 27-də İsrail və Livan arasında 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlamasından sonra atəşkəs haqqında ilk saziş qüvvəyə minib. Noyabrın 28-də isə atəşkəs pozulub.
Günəş Mərd
tag: Yaponiya,Livan, İsrail,Keyiçiro Taçibana, todaypress.az,