Yaponiya ilə Rusiya arasında ticarət dövriyyəsi azaldı
Dünya
23.01.2025 14:26
Yaponiya və Rusiya arasında 2024-cü ilin dekabrında ticarət dövriyyəsi illik müqayisədə 26,09% azalıb.
TodayPress xəbər verir ki, bu barədə Yaponiya Maliyyə Nazirliyinin illik hesabatında məlumat verilib.
Bildirilib ki, Rusiyadan Yaponiyaya idxal 16,7% azalaraq 860,3 milyard yen (5,5 milyard dollar) təşkil edib.
Yaponiyadan Rusiyaya ixrac 17,2% azalaraq 327,6 milyard yenə (2,09 milyard dollar) düşüb.
Qeyd edək ki, ticarət dövriyyəsində əsas kateqoriyalar hələ də Yapon avtomobilləri və Rusiyanın enerji resurslarını əhatə edir.
Nicat Osman
tag: Rusiya,Yaponiya,Maliyyə,İdxal,Todaypress.az,