Yaponiya demoqrafik böhranla üz-üzədir
Yaponiyada 14 yaşınadək uşaqların sayı 2720 nəfərə düşə bilər.
TodayPress xəbər verir ki, bu barədə “Japan Times” qəzeti yazıb.
Ölkədə yetkinlik yaşına çatmayanların sayının ilbəil azalması ilə bağlı statistik məlumatlar təhlil edilib.
Məlum olub ki, Yaponiyada uşaqların sayının azalmasının səbəblərindən biri də nikahların sayının azalmasıdır.
Bu fonda vətəndaşlar mobil tanışlıq proqramlarını onlara partnyor və ya həyat yoldaşı tapmaqda kömək edə biləcək vasitə kimi nəzərdən keçirməyə başlayıblar.
Məqalədə həmçinin 2024-cü ildə ailə quran kişi və qadınlar arasında aparılan sosioloji sorğunun nəticələri təqdim olunub.
Analitiklər müəyyən ediblər ki, yaşı 40-dan aşağı olan hər dördüncü cütlük belə mobil proqramlar sayəsində tanış olub.
Nəşrin müəlliflərinin qeyd etdiyi kimi, hətta Tokio bələdiyyəsi özünün mobil tanışlıq proqramını işə salıb.
Bu yolla səlahiyyətlilər sakinlərə öz həyat yoldaşlarını tapmaqda kömək etməyə ümid edirlər.
Lakin buna baxmayaraq, növbəti 695 il ərzində, 2720-ci ildə Yaponiyada 14 yaşa qədər uşaqların sayının 1-ə enəcəyi gözlənilir.
Günəş Mərd
tag: Yaponiya, Partnyor ,Sosioloji, Demoqrafik ,todaypress.az,