Yaponiya Baş naziri qəzaya düşdü
Dünya
01.12.2024 18:00
Yaponiyanın Baş naziri Şiqeru İşibanın olduğu avtomobil Tottori prefekturasının qərbində polis maşını ilə toqquşub.
TodayPress xəbər verir ki, bu barədə “Kyodo News” məlumat yayıb.
Belə ki, Yaponiya Baş nazirinin avtomobili yol ayrıcında qırmızı işıqda dayanan polis maşınına çırpılıb. İlkin məlumatlara əsasən, Şiqeru İşiba hadisə nəticəsində xəsarət almayıb.
Kortej bir neçə dəqiqə hadisə yerində qalıb, daha sonra Tottori hava limanına doğru hərəkət edib. Baş nazir hava limanından təyyarə ilə Tokioya qayıdıb.
tag: Yaponiya,Baş nazir,Şiqeru İşiba,Tottori ,Qəza,todaypress.az,