Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinə kiberhücum

Dünya

22.06.2024 08:48

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) son bir ildə bir çox kiberhücumlara məruz qalıb.

TodayPress xəbər verir ki, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin verdiyi açıqlamaya görə, son bir ildə bir çox kiberhücumda bəzi şəxsi məlumatların sızdırıldığı şübhəsi var. Rəsmi Kyodo agentliyinin xəbərində, kiberhücumların Çin əsilli hakerlər tərəfindən həyata keçirildiyindən şübhələndiyi bildirilib.

Açıqlamada qanunsuz daxil olan şəbəkədə raketlər, peyklər və milli təhlükəsizliklə bağlı həssas məlumatların olmadığı, milli təhlükəsizliklə bağlı məlumatlar ayrıca şəbəkədə idarə olunur və heç bir təhlükə törətmədiyi bildirilib.

Sistemə dəyən zərərin miqyasının araşdırıldığı vurğulanıb.

 

tag: Kibergücum, Aerokosmik Tədqiqatlar Agentliyi, Çin, Peyk, todaypress.az,