Yaponiya 50 il əvvəl tikilmiş AES-in istismarına icazə verdi

Dünya

16.10.2024 09:18

1638

Yaponiya 1974-cü ilin noyabrında fəaliyyətə başlayan Takahama Atom Elektrik Stansiyasının birinci enerji blokunun istismarının davam etdirilməsini təsdiqləyib.

TodayPress xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. 

Kansai Elektrik Enerjisi Şirkətinə məxsus Takahama Atom Elektrik Stansiyası Yaponiyanın ən qədim atom elektrik stansiyasıdır. 

Nüvə Enerjisinin Tənzimlənməsi Orqanı bir sıra hərtərəfli yoxlamalar apardıqdan sonra 1-ci blokun bütün təhlükəsizlik standartlarına uyğun olduğu qənaətinə gəlib. 

Beləliklə, ilk dəfə tənzimləyici strukturlar yaşı 50 ildən çox olan bir enerji blokunun davamlı işləməsini təsdiqləyib. Takahama AES-in 10 il müddətinə işləməsinə icazə verilib. 

Günəş Mərd

tag: AES, Yaponiya ,Takahama ,Nüvə Enerjisi ,Elektrik, todaypress.az,