Yanvarın 7-dən Dəməşq aeroportu beynəlxalq uçuşları bərpa edəcək
Dünya
04.01.2025 23:56
Dəməşq hava limanında beynəlxalq uçuşlar
yanvarın 7-dən bərpa olunacaq.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, bu
barədə Suriya Mülki Aviasiya İdarəsinin rəhbəri Əşhəd əs-Suleybi bildirib.
“2025-ci il yanvarın 7-dən etibarən Dəməşq hava limanının
beynəlxalq uçuşları qəbul edəcəyini elan edirik” o deyib.
Eyni zamanda, Əs-Suleybi hava limanının hansı
aviaşirkətlərin uçuşlarını qəbul edəcəyini dəqiqləşdirməyib.
“Ərəb və digər xarici hava yollarını əmin edə bilərəm ki,
tərəfdaşlarımızın köməyi ilə Dəməşq və Hələb hava limanlarının işinin tam
bərpasına çalışırıq” o əlavə edib.
Xatırladaq ki, 2024-cü ilin sonunda Dəməşq hava limanı
daxili reysləri bərpa edib.
tag: Dəməşq, Uçuş, Hava Limanı, Suriya, todaypress.az,