Yanvarda Avropada qazın qiyməti 6% artıb
Dünya
01.02.2025 09:44
Avropada qazın orta qiyməti yanvarda 6% artaraq 1000 kubmetr üçün təxminən 517 dollar təşkil edib.
TodayPress bu barədə London ICE birjasının məlumatlarına istinadən xəbər verir.
Qeyd olunub ki , qiymət artımına əsasən soyuq qış fonunda Avropada anbarlardan çıxarılma tempinin yüksək olması və Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması təsir edib.
2024-cü ilin payızından başlayaraq Avropadakı mərkəzlərdə qaz qiymətləri tədricən artımağa başlayıb. Ötən ilin sentyabrında qitədə qazın orta qiyməti 1000 kubmetr üçün 416 dollar olub.
tag: Qaz ,Avropa,Qiymət,Gəlir,Todaypress.az,