Yanukoviç və Bəşər Əsəd parada dəvət edilməyəcək
Kreml Rusiya ərazisində yaşayan keçmiş dövlət başçılarını 9 May — Qələbə günü münasibətilə Moskvada keçiriləcək paradda iştirak üçün dəvət etməyi planlaşdırmır.
TodayPress xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov “Gazeta.ru”nun sualını cavablandırarkən bildirib.
“Belə bir plan yoxdur” deyə Peskov qısa cavab verib.
Qeyd edək ki, sabiq Ukrayna prezidenti Viktor Yanukoviç və Suriyanın sabiq lideri Bəşər Əsəd də Rusiyada yaşayır.
Qiymət Mahir
tag: Bəşər Əsəd ,Yanukoviç ,Rusiya,Qələbə Paradı,todaypress.az,