Yanacaq tankeri yük maşını ilə toqquşdu
Dünya
19.06.2024 11:10
Türkiyənin Adana şəhərinin Pozantı rayonunda yanacaq dolu tanker yük maşını ilə toqquşub.
TodayPress xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, qəzada yanacağın alışması nəticəsində partlayış baş verib. Sürücülərdən heç biri xəsarət almayıb. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Yol nəqliyyatın hərəkəti üçün bağlanıb.
tag: Yanacaq, Tanker, Adana, Toqquşma, Yol Nəqliyyat, todaypress.az,