Yanacaq tankeri partladı: 94 nəfər həlak oldu

Dünya

16.10.2024 16:30

2478

Nigerdə yanacaq tankerinin partlaması nəticəsində azı 94 nəfər həlak olub.

TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Məlumata görə, avtomobil qəzaya uğradıqdan sonra yanğın, ardınca isə partlayış baş verib.

Hadisə nəticəsində yanacaq almağa toplaşan insanlar xəsarət alıb.

Araşdırma aparılır.  

Günəş Mərd

tag: Niger,Yanacaq,Tanker,Qəza,todaypress.az,