“Yalnız Tanrı desə, seçkilərdən geri çəkiləcəm” – Bayden

Dünya

06.07.2024 10:17

“Yalnız Tanrı desə, seçki yaşırışından geri çəkilə bilər”. 

TodayPress “TASS”a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Cozef  Bayden  “ABC” telekalına müsabihəsində deyib. 

Eyni zamanda Bayden onu da bildirib ki, Konqresin hər iki palatasındakı Demokratlar Partiyasının fraksiyalarının rəhbərliyi onu seçki yarışını tərk etməməyə inandırır.  

Xatırladaq ki, iyunun 27-də Bayden və onun əsas siyasi rəqibi respublikaçı Donald Tramp arasında teledebat baş tutub. “CNN”in sorğusuna əsasən, debatı izləyən tamaşaçıların üçdə ikisi Trampın qələbəsinə daha çox inandığını bəyan edib. 

Günəş Mərd

tag: Bayden,Müsahibə, ABC, Demokratlar Partiyası, Donald Tramp, todaypress.az,