"Yak-52" ABŞ səmasında qəzaya uğradı
Dünya
23.09.2024 19:00
Sovet istehsalı olan "Yak-52" təlim təyyarəsi Kaliforniyada başqa bir təyyarə ilə toqquşub.
TodayPress xəbər verir ki, bu barədə "NBC Los Angeles" məlumat yayıb.
Qəza Kaliforniyanın Lankaster şəhəri yaxınlığında baş verib. Mənbənin məlumatına görə, "Yak-52" havada Çinin "Nanchang CJ-6A" təyyarəsinə çırpılıb.
Nəticədə təyyarələrdən birinin pilotu həlak olub. İkinci təyyarə isə toqquşmadan 15 dəqiqə sonra təhlükəsiz yerə eniş edə bilib.
Məlumata görə, hər iki təyyarədə sərnişin olmayıb.
Töhfə Səməd
tag: Sovet,Yak-52,Kaliforniya, Los-Anceles, ABŞ,Çin,Nanchang CJ-6A,Təyyarə,todaypress.az,