“Yagi” Vyetnamı viran qoydu
Dünya
13.09.2024 09:37
Vyetnamın şimalında güclü daşqınlara səbəb olan “Yagi” qasırğası nəticəsində 233 nəfər ölüb, 103 nəfər isə itkin düşüb.
TodayPress xəbər verir ki, bu barədə Vyetnam mediası məlumat yayıb.
Kənd Təsərrüfatı Nazirliyinin Fəlakətlərin İdarə Edilməsi Departamentinin əldə etdiyi son statistikaya görə, təbii fəlakətdən 823 nəfər zərər çəkib.
26 əyalət və şəhərdə 204 mindən çox ev və bina su altında qalıb, elektrik və rabitə xətləri sıradan çıxıb. Daşqın çəltik, meyvə və digər əkin sahələrinin yerləşdiyi 263 min hektardan çox kənd təsərrüfatı sahəsini məhv edib.
Vyetnam hökuməti təbii fəlakətin vurduğu ziyanı minimuma endirmək, leysan yağışlarının və daşqınların nəticələrini tez bir zamanda aradan qaldırmaq, seldən zərər çəkmiş ərazilərdə əhalinin həyatını yaxşılaşdırmaq üçün tədbirlərin görüldüyünü açıqlayıb.
Töhfə Səməd
tag: Vyetnam, Yagi, Daşqın, Ziyan ,Əhali, todaypress.az,