“Yagi” 59 nəfəri həyatından etdi
Dünya
09.09.2024 14:53
Vyetnamda “Yagi” qasırğası nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb, daha 229 nəfər xəsarət alıb.
TodayPress xəbər verir ki, “VnExpress” internet nəşrinin yaydığı məlumata görə, ən çox zərər ölkənin şimal-şərqindəki Quanqnin əyalətinə dəyib.
Təbii fəlakət 110 min hektara yaxın çəltik plantasiyalarının su altında qalmasına səbəb olub. Bundan əlavə, 8 mindən çox binaya ziyan dəyib, elektrik enerjisi təchizatında və rabitədə fasilələr yaranıb. Hazırda tayfun zəifləsə də, meteoroloqlar ölkənin 25 şimal əyalətindən 17-də torpaq sürüşməsi riskinin qaldığı barədə xəbərdarlıq edirlər.
“Yagi” son onilliklərdə Vyetnamı vuran ən güclü qasırğa hesab edilir.
tag: Vyetnam,Qasırğa,Yaqi,Milli Komitə,Sahil ,todaypress.az,