Xunta başçıları Qərbi Afrika blokundan "üz çevirir"
Dünya
06.07.2024 21:12
Mali və Burkina Faso xunta rəhbərləri
ilə birlikdə çıxış edən Nigerin hərbi lideri, onların Qərbi Afrika Dövlətlərinin
İqtisadi Birliyindən (“ECOWAS”) geri dönüşü olmayacaq şəkildə üz çevirdiklərini bildirib.
TodayPress xəbər verir ki, üç lider
qonşu ölkələrin müqavimətinə baxmayaraq qurulan ittifaqı möhkəmləndirmək üçün
ilk dəfə bir araya gəliblər.
Xatırladaq ki, 2020-2023-cü
illər arasında Mali, Burkina Faso və Nigerdə bir sıra çevrilişlər nəticəsində
əsgərlər hakimiyyəti ələ keçirmişdi.
Sahel Dövlətləri İttifaqını qurmuş
3 ölkə cihadçı zorakılığından təsirlənirdi. Elə ordunun hökuməti ələ keçirməsinin
bir səbəbi də bu idi.
Bu ilin yanvarında ölkələr “ECOWAS”-dan ayrılmaq planlarını açıqlamışdılar.
Nəzrin Cavadzadə
tag: Afrika, ECOWAS, Niger, Burkina Faso,todaypress.az,