XTQ əməliyyat keçirdi: 25 ukraynalı saxlanıldı
Dünya
29.07.2024 12:55
Rusiya Qvardiyasının xüsusi təyinatlı qüvvələri Zaporojye və Xerson vilayətlərində əməliyyat keçirib. Nəticədə Ukrayna Silahlı Qüvvələrinə yardım etməkdə şübhəli bilinən 25 yerli sakini saxlayıb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Saxlanılan şəxslər artıq Rusiya Federasiyası Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarına təhvil verilib.
“Onlardan dördü casusluqla məşğul olub. Rusiya Federasiyası Silahlı Qüvvələrinin bölmələrinin, Milli Qvardiya qoşunlarının, eləcə də Daxili İşlər Nazirliyinin fəaliyyəti haqqında məlumat toplayıb, Ukrayna Silahlı Qüvvələrinə ötürüblər” deyə məlumatda qeyd olunub.
Günəş Mərd
tag: XTQ, Əməliyyat, Rusiya, Zaparojye, Xerson, ukrayna, Yardım, todaypress.az,