Xristofor Kolumbun dəfni ilə bağlı 500 illik sirri açıldı
Alimlər 20 illik araşdırmalardan sonra əfsanəvi dənizçi Kristofer Kolumbun dəfni ilə bağlı 500 illik sirri açıblar.
TodayPress xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Mail” nəşri yazıb.
İyirmi il ərzində tədqiqatçılar qrupu İspaniyanın Sevilya kilsəsində tapılan insan sümüklərinin DNT-sini Kolumbun qohumlarının və nəslinin DNT-si ilə, xüsusən də oğlu Hernandonun və qardaşı Dieqonun qalıqları ilə müqayisə edib.
Nəhayət, elm adamları onların arasında əlaqə tapıblar. Bu da onun sümüklərinin həqiqətən İspaniyada saxlandığını sübut edib.
Qeyd edək ki, Kolumbun cəsədi 1506-cı ildə ölümündən sonra bir neçə dəfə müxtəlif yerlərə daşındığından, elm adamları onun həqiqi qalıqlarının ola biləcəyini sual altına alıblar.
Bəziləri onun Dominikan Respublikasında dəfn edildiyini iddia ediblər. Bununla belə, Kolumbun polyak, ispan və yəhudi mənşəli olması ilə bağlı versiyalar səsləndirilir.
Günəş Mərd
tag: Kolumb,Cəsəd,DNT,Sirr,Todaypress.az,