Xristian kilsə liderləri İsrail hakimiyyətini "vergi hücumun"da ittiham etdilər

Dünya

24.06.2024 23:30

İsraildə bir sıra bələdiyyələr kilsələrdən əmlak vergisi ödəmələrini tələb ediblər.

TodayPress xəbər verir ki, İsrailin yerli mediasında dərc olunan xəbərə görə, böyük kilsələrin rəhbərləri İsrail hakimiyyətini onlara qarşı vergi prosedurları başlatmaqda ittiham ediblər.

Kilsə liderləri İsrail hökumətinin vergi planlarının çoxəsrlik status-kvonu pozuduğunu və Müqəddəs Torpaqda xristianların varlığına qarşı dözümsüzlük nümayiş etdirdiyini bildiriblər.

Baş nazir Benyamin Netanyahuya ünvanlanan məktubda İsrailin dörd bələdiyyəsinin bu yaxınlarda kilsə administrasiyalarına vergi ödəmədikləri təqdirdə qanuni tədbirlər görəcəkləri barədə xəbərdarlıq etdiyi qeyd olunub.

GÜNEL

tag: İsrail, Baş nazir, Benyamin Netanyahu, Kilsə, todaypress.az,