Xorvatiyada prezident seçkilərinin ikinci turu keçiriləcək

Dünya

30.12.2024 11:10

Xorvatiyanın hazırkı prezidenti Zoran Milanoviç və müstəqil prezidentliyə namizəd Draqan Primorats seçkilərin ikinci turuna keçiblər.

TodayPress xəbər verir ki, bu barədə “Dnevnik” portalı məlumat yayıb.

Səslərin 99,59 faizinin hesablanmasının nəticələrinə görə, Milanoviç 49,12 faiz, Primorats isə 19,38 faiz səs toplayıb. Beləliklə, səkkiz namizəddən heç biri qələbə üçün lazım olan 50 faizdən çox səs toplaya bilməyib.

Seçkilərin ikinci turu 12 yanvar 2025-ci ildə keçiriləcək.

Qeyd edək ki, dekabrın 29-da Xorvatiyada prezident seçkilərinin birinci turu keçirilib. Dövlət Seçki Komissiyasının məlumatına görə, seçici fəallığı 45,99 faiz təşkil edib. Ölkə başçısı vəzifəsinə Milanoviç, Primorats, “Most” partiyasının nümayəndəsi Miro Bul, müstəqil namizəd Tomislav Yoniç, “Mojemo!” sol fraksiyasının lideri İvana Kekin, DOMiNO partiyasının sədr müavini Branka Lozo, müstəqil namizədlər Mariya Selak Raspudiç və Niko Tokiç Kartelo namizədliklərini irəli sürüblər.

tag: Xorvatiya,Zoran Milanoviç,Draqan Primorats,Prezident,todaypress.az,