Xorvatiyada məcburi hərbi xidmət tətbiq olunacaq
Dünya
16.08.2024 18:20
Xorvatiya 2025-ci il yanvarın 1-dən iki aylıq icbari hərbi xidməti bərpa edəcək.
TodayPress xəbər verir ki, bu barədə Xorvatiyanın müdafiə naziri İvan Anuşiç məlumat yayıb.
Bildirilib ki, dəyişikliyin səbəbi Rusiya-Ukrayna müharibəsi səbəbindən qlobal gərginliyin artmasıdır. Nazir əlavə edib ki, bu sahədə heç bir xərcə qənaət olmayacaq.
Xatırladaq ki, Xorvatiyada hərbi xidmət 2008-ci ildən könüllülük prinsipi əsasında aparılmağa başlanılıb.
Töhfə Səməd
tag: Hərbi Xidmət, Xorvatiya,Rusiya, Ukrayna,İvan Anuşiç, todaypress.az,