Xorvatiya etibarsız neft tədarükçüsüdür
Dünya
02.08.2024 14:50
“Xorvatiya Rusiyanın Ukrayna ərazisindən keçən yanacaq tranzitinin dayandırılmasından sonra Macarıstan və Slovakiyanı neftlə təmin etmək üçün etibarlı təchizatçı deyil”.
TodayPress xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
O, xatırladıb ki, Ukraynada münaqişə başlayandan sonra Xorvatiya neftin tranzit haqqını kəskin artırıb və hazırda bu, bazardakı orta qiymətdən beş dəfə yüksəkdir.
Töhfə Səməd
tag: Xorvatiya, Rusiya, Ukrayna, Münaqişə, Macarıstan,Peter Siyarto, todaypress.az,