XKX-nin direktoru: “ABŞ postsovet məkanında uğursuzluğa düçar oldu”

Dünya

10.12.2024 14:10

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin hesab edir ki, ABŞ postsovet məkanında uğursuzluğa düçar olub. 

TodayPress xəbər verir ki, bu barədə o, “Razvedçik” jurnalına müsahibəsində bildirib.

Qeyd edib ki, postsovet məkanı ABŞ və Britaniya kəşfiyyat xidmətlərinin hücumları üçün prioritet sahə olaraq qalır. 

Əlavə edib ki, Qərb dövlətləri keçmiş SSRİ ölkələri arasında təkcə iqtisadi, siyasi deyil, həm də dərin tarixi və humanitar əlaqələri kəsməyi qarşılarına məqsəd qoyublar.

“Eyni zamanda, Amerikanın Ukraynaya olan “vəsvəsəsi” Vaşinqtonun qurduğu bütün qlobal maliyyə və hərbi-siyasi sistemə dağıdıcı təsir göstərməyə başlayır. ABŞ bütün cəbhələrdə təşəbbüsü itirir: Yaxın Şərqdən tutmuş Asiya və Afrikaya qədər. Və postsovet məkanında onlar tamamilə iflasa uğradılar” deyə Narışkin əminliklə vurğulayıb.

Nümunə olaraq Gürcüstanı misal çəkən Xarici Kəşfiyyat Xidmətinin direktorunun sözlərinə görə, Gürcüstan hakimiyyəti öz maraqlarından çıxış etmək qərarına gəlib və indi tətbiq edilmiş ultra-liberal transhumanist gündəmdən uzaqlaşır.

Töhfə Səməd

tag: XKX, Ukrayna ,Amerika ,Narışkin ,todaypress.az,