XİN rəhbəri öz açıqlamasını təkzib etdi
"Heç kim Ukraynanı sülh yolu ilə danışıqlar aparmağa inandıra bilməyəcək, çünki bu, mümkün deyil".
TodayPress xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "TSN" telekanalına müsahibəsində bildirib.
Diplomat Çinin Ukraynanı danışıqlara sövq edib etməməsi sualına, “İstənilən qərarı biz özümüz qəbul edəcəyik” cavabını verib.
Qeyd edək ki, Kuleba iyulun 24-də Kiyevin Moskva ilə danışıqlara hazır olduğunu bildirmişdi.
Günəş Mərd
tag: Ukrayna, Sülh, Dmitri Kuleba,Çin, todaypress.az,