XİN başçılarının London görüşü təxirə salındı
İngiltərə, Fransa, Almaniya və Ukraynanın xarici işlər nazirləri ABŞ dövlət katibi Marko Rubionun Londona səfərdən imtina etməsindən sonra Ukrayna ilə bağlı aprelin 23-də keçirilməsi planlaşdırılan görüşü təxirə salıblar.
TodayPress xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Bildirilib ki, rəsmilər arasında danışıqlar aparılacaq.
Telekanalın məlumatına görə, Ukrayna xarici işlər naziri Andrey Sıbiqa hələ də Londondadır. Onun Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə görüşü gözlənilir.
Töhfə Səməd
tag: Fransa,Britaniya,ABŞ,XİN,todaypress.az,