Xiaomi dünya avtomobil bazarına çıxacaq
Dünya
30.07.2024 15:23
Xiaomi korporasiyası qlobal avtomobil bazarına çıxmaq planlarından danışıb.
TodayPress xəbər verir ki, bu barədə Çinin “İt Home” nəşri məlumat yayıb.
Korporasiyanın rəhbəri Lei Jun avtomobillərın yaxın gələcəkdə satışa çıxacağını bildirsə də, dəqiq tarixi açıqlamayıb.
"Əlbəttə, məqsədimiz dünyanın ən yaxşı beş istehsalçısından biri olmaqdır, buna görə də biz lazımi anda qloballaşacağıq" deyə Jun, sözlərinə davam edib.
Şirkət rəhbəri, həmçinin qeyd edib ki, korporasiyanın 100 min ədəd elektrik avtomobili istehsal etmək üzrə illik hədəfi böyük ehtimalla noyabrın əvvəlində başa çatacaq.
Xatırladaq ki, Çində baş tutan tədbirdə texnologiya nəhəngi yeni konsept idman avtomobilini təqdim edib. İdman sedanı təkmühərrikli və ikimühərrikli versiyalarda mövcuddur. Elektriklə işləyən avtomobilin qiyməti 215,9 min yuandan (təxmini 49.172 manat) başlayır.
Şirkət müstəqil şəkildə yeni avtomobillər istehsal edəcək.
Töhfə Səməd
tag: Xiaomi, Avtomobil Bazarı, Lei Jun, Korporasiya, Çin, todaypress.az,