XƏYALLAR GERÇƏKLƏŞİR? – Kosmosa səyahət asanlaşacaq
Dünya
06.06.2024 10:29
Kosmosa lift çəkilir. Bir vaxtlar möcüzə kimi görünən layihə Yaponiya şirkətinin təşəbbüsü ilə 2050-ci ilə qədər reallığa çevrilə bilər.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, layihə uğurlu olarsa, kosmik səyahətdə inqilabı irəlləyişə nail olunacaq. Bundan əlavə qlobal iqtisadiyyata da müsbət təkan verəcək.
100 milyard dollar dəyərində olan layihənin icrasına 2025-ci ildə başlanacaq. Problemlər yaranmasa, kosmik lift 2050-ci ildə istifadəyə verilə bilər.
Alimlərin sözlərinə görə, əvvəllər Marsa çatmaq üçün altı-səkkiz ay vaxt sərf edilirdisə, kosmik liftin köməkliyi ilə bu vaxt 3-4 aya, hətta 40 günədək azala bilər.
Qeyd edək ki, 2012-ci ildə aparılan böyük beynəlxalq araşdırma, kosmik liftin mümkün olduğu qənaətinə gəlmişdi.
Günəş Mərd
tag: Kosmos, Səyahət, Xəyallar, Lift, todaypress.az,