Xəstələrin əhval-ruhiyyəsini yaxşılaşdırmaq üçün cihaz icad edildi
Dünya
20.01.2025 09:40
İngiltərədə xəstələrin əhvalını yaxşılaşdırmaq üçün beyin implantı icad edilib.
TodayPress xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazıb.
Cihaz depressiya, narkomaniya, obsesif-kompulsiv pozğunluq və epilepsiya kimi xəstəlikləri olan xəstələrə kömək edə bilər.
Kəllə altına implantasiya ediləcək cihazın neyron qruplarını işə salmaq üçün hədəflənmiş ultrasəs impulslarını çatdıracağı gözlənilir.
İmplantın təhlükəsizliyi və dözümlülüyü 6,5 milyon funt sterlinq dəyərində olan tədqiqatlarda 30 xəstə üzərində sınaqdan keçiriləcək.
Sınaqlar Böyük Britaniyanın Qabaqcıl Tədqiqat və İxtira Agentliyi tərəfindən maliyyələşdiriləcək.
Xatırladaq ki, 2024-cü ilin avqustunda amerikalı milyarder İlon Mask on ildən sonra Neuralink beyin implantlarının milyonlarla insana implantasiya ediləcəyini demişdi.
Neuralink kompüter və ya smartfonla birbaşa əlaqə yaratmaq üçün insanın beyninə yerləşdirilən çipdir.
Günəş Mərd
tag: Cizah,İxtira,Xəstə,Sağlamlıq,Əhval-ruhiyyə,Todaypress.az,