Xəbərdarlıq edildi: COVİD-19 yenidən qayıdır...

Dünya

21.06.2024 13:40

ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin mütəxəssisləri ölkədə daha bir koronavirus epidemiyasının baş verəcəyini istisna etmirlər. 

TodayPress xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. 

Mütəxəssislər yayda COVID-19-un yeni ştammının - FLiRT qrupundan KR.2-nin yayılması fonunda yoluxmanın artacağını gözləyirlər. Ekspertlərin fikrincə, yeni növ hazırda bütün koronavirus infeksiyası hallarının 28,2%-ni təşkil edirsə, martın əvvəlində bu rəqəm cəmi 3,8% olub.

Nərmin Tuncay

tag: COVID-19, Xəstəlik, ABŞ, Nəzarət, Mütəxəssislər, todaypress.az,