Xarkovda hipermarketə raket hücumu 12 nəfəri həyatından etdi

Dünya

26.05.2024 15:35

Ukraynanın Xarkov şəhərindəki “Epitsentr” hipermarketə raket hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. TodaPress xəbər verir ki, bu barədə Xarkov Vilayət Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd edilir ki, ölən 10 nəfərin şəxsiyyəti hələ də müəyyən edilməyib, 43 nəfər yaralanıb.

Xatırladaq ki, mayın 25-də Rusiya qoşunları tərəfindən Xarkova zərbələr endirilib, şəhərdə partlayışlar baş verib, raketlərdən biri “Epitsentr”ə düşüb.

tag: Xarkov, müharibə, Ukrayna, todaypress.az, dünya,