Xarkovda əhalinin təxliyəsinə başlanıldı

Dünya

18.10.2024 16:09

1317

Ukraynanın Xarkov vilayətində əhalinin məcburi təxliyəsi həyata keçirilir.     

TodayPress xəbər verir ki, bu barədə Regional Hərbi Administrasiyanın (OVA) rəhbəri Oleq Sinegubov özünün “Telegram” kanalında məlumat verib.

“Xarkov vilayətində bütün mülki əhalinin məcburi təxliyəsi həyata keçirilir. Dörd bölgədən təxminən 4 min nəfər, ümumilikdə, 10 min nəfər evakuasiya edilməlidir” deyə rəsmi bildirib. 

Sinegubov əlavə edib ki, bölgədə evakuasiya tempi hər gün artır.  

Günəş Mərd

tag: Ukrayna, Xarkov, Oleq Sinegubov, Evakuasiya, todaypress.az,