Xameneinin “X” hesabı bloklandı

Dünya

28.10.2024 11:50

“X” sosial şəbəkəsi İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin ivrit dilində olan hesabını qaydaları pozduğuna görə bloklayıb. 

TodayPress xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Xamneinin səhifəsi İranın İsraildən qisas alacağına işarə edən yazı dərc etdikdən qısa müddət sonra bloklanıb.

Hesab oktyabrın 26-da axşam saatlarında yaradılıb.

Xamneinin ingilis dilli hesabı isə aktiv olaraq qalır. 

Günəş Mərd

tag: Ali Rəhbər,Ayətullah Seyid Əli Xamenein, İran, İsrail, Qisas, todaypress.az,